image-timthumbbackend

Hollandiya  F-16 qırıcılarını Kiyevə təhvil verəcək 

image-reklam_sirab_01

F-16 qırıcılarını Ukraynaya təhvil verəcək ilk ölkə Hollandiya ola bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” Ukrayna və Hollandiya Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən yazır.

Hollandiya Müdafiə Nazirliyinin mətbuat katibi Yuri Sakın sözlərinə görə, Hollandiya Ukraynanı döyüş təyyarəsi ilə təmin edən ilk ölkə ola bilər.

Hollandiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hazırda ölkədə operativ yerləşdirmə üçün yararlı olan və 2024-cü ilə qədər xidmətdə qalacaq 24 ədəd F-16 təyyarəsi istismar olunur.

Bu arada, Mərkəzi Avropanın yüksək səviyyəli müdafiə rəsmisi Politico-ya bildirib ki, təyyarələrin təhvil verilməsi hələ payızda baş tuta bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki