image-img-20240405-wa0046backend

“IDEA” paytaxtın Sabunçu rayonunda yeni “Bizim Həyət”in açılışını edib

image-reklam_sirab_01

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aprelin 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş növbəti “Bizim həyət” sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, ev 3, ev 1/1, ev 2/7 ünvanlarında 820 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 3 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 219 ədəd müxtəlif növ ağaclar, 5500 ədəd kol və 2000 ədəd mövsümü güllər əkilib, 2050 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 1200 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.
Məlumat üçün bildirək ki, 2017-ci ildən etibarən icra olunan “Bizim Həyət” layihəsi çərçivəsində bu günədək 151 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyininin qaynar xətti 1113 və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

image-img-20240405-wa0056 image-img-20240405-wa0054 image-img-20240405-wa0055 image-img-20240405-wa0053 image-img-20240405-wa0052 image-img-20240405-wa0051 image-img-20240405-wa0050 image-img-20240405-wa0049 image-img-20240405-wa0048 image-img-20240405-wa0047 image-img-20240405-wa0046 image-img-20240405-wa0045

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki