Son illərdə Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizin beynəlxalq imicini daha da yüksəldiblər. Növbəti uğur Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında əldə edilib. Bu mötəbər yarışda idmançılarımız 16 medal qazaniblar. Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıdıb. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atılıb. Yunan-Roma güləşi üzrə millimiz ilk dəfə olaraq komanda hesabında Avropa çempionu olub.
Bu uğuru xüsusi qeyd edən Prezident İlham Əliyev aprel ayının 8-də yarış iştirakçılarını qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan geniş bəhs edərək əsas diqqət göstərdiyi məsələ vətənpərvərlik, torpaq sevgisi və bunun fonunda 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. Dövlət başçısı bu gün qalibiyyətimizin bizdə yaratdığı qürur hissini, qələbələrə çağırışlarını diqqətə çatdırıb. Artıq bu gün hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimiz ölkəmizə qarşı münasibətlərdə böyük dəyişikliklərə yol açdı. Dünya haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha gördü və qəbul etdi. Bu gün idmançılarımız da qalib Azərbaycanı təmsil etməkdən sevinclidirlər.
Görüşdə ölkə başçısı tərəfindən yarışlarda qələbə qazanmış idmançılarının Azərbaycan xalqını layiqincə təmsil etmələri xüsusi vurğulandı. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Yarışda artıq uduzduğunu görən Erməni güləşçisinin cığallıq etməsi, qəsdən idmançımızı provokasiyaya çəkməyə cəhdi boşa çıxmış, bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl edirlər. Yarışlardakı halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıblar.
Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür. İdmanda da elə elədir və bu halal qələbəni güləşçilərimiz öz istedadları, zəhmətləri hesabına qazanıblar. Onlara gələcək yarışlarda uğur arzulayıram.
Rafiq Hacıyev – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası,
“Azərbaycan Respublikasının Əməkdar məşqçisi