image-reklam-veteninfo
image-1backend

İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək məqsədilə avqustun 31-də Qırğızıstana işgüzar səfərə gedib.

Vətəninfo.az xəbər verir ki, Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Bişkekdəki “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qeyd edək ki, bu gün Qırğızıstanın paytaxtı Bişkekdə VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək. Azərbaycan tədbirdə idman, mədəniyyət və elm proqramları üzrə təmsil olunacaq.

Sabah isə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri başlayacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki