Canni İnfantino növbəti dəfə FIFA prezidentliyinə namizədliyini irəli sürəcək.
Veteninfo.az-ın məlumatına görə, 52 yaşlı funksioner bu barədə ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində açıqlama verib.
O bildirib ki, yeni prezident 2023-cü ildə qurumun 73-cü Konqresində seçiləcək: “Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiqlənməyib, lakin tezliklə elan olunacaq”.
Qeyd edək ki, 2016-cı ildən FIFA-ya rəhbərlik edən Canni İnfantino 2019-cu ildə ikinci dəfə qurumun prezidenti seçilib.