image-13backend

İngiltərə millisi 113 illik qol rekordunu qırıb

image-reklam_sirab_01

2022-ci il dünya çempionatının seçmə oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.

Veteninfo.az xəbər verir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub.

Beləliklə, yığma 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar 39 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, İngiltərə millisi 23 xalla I qrupunda liderdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki