image-8backend

İngiltərə Premyer Liqasının prezidenti istefa verəcək

image-reklam_sirab_01

İngiltərə Premyer Liqasının prezidenti Geri Hoffman vəzifəsindən ayrılacaq.

Veteninfo.az BBC-yə istinadən xəbər verir ki, 61 yaşlı funksioner Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondunun “Nyukasl”ı alması səbəbindən istefa verəcək.

Premyer Liqanın nizamnaməsinə əsasən, dövlətin klub və liqaların işinə qarışması qadağan olunub. Həmin fond isə Səudiyyə Ərəbistanı Krallığına məxsusdur.

Çempionatda iştirak edən klublar oktyabrda bu sözləşməni təsdiqləyən liqa rəhbərliyinə etiraz etmişdi. Hoffman isə məsuliyyəti öz üzərinə götürüb. O, 2020-ci ilin aprelindən Liqa prezidenti vəzifəsini icra edir.

Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki