image-wwwbackend

“İnsanlar unutqandır, küyə gedəndir” – Turan İbrahimov Fulya qalmaqalından danışdı

image-reklam_sirab_01

“Əvvala onu deyim ki, düz dörd il bundan öncə, məhz ölkədə medianın durumunu, bir neçə konkret məmurun zəlil, şikəst etdiyi jurnalistikamızın durumunu efirdən açıq-aşkar tənqid edib, səbəbkarların adını çəkdiyim üçün uzaqlaşmaq məcburiyyətində qaldım. Arzum ölkədə normal informasiya siyasətinin qurulmasında rol oynamaq idi. Düzdü kənarda qaldım, amma arzularımız reallaşdı. Jurnalistikamızı zəlil, şikəst, dişsiz, ələbaxımlı edənlər işdən çıxarıldı, cəzalandırıldı. Arzu və xəyal etdiyim tip şəxslər, vicdanlı peşəkarlar hazırda bərbad durumu düzəltmək üçün çalışırlar”.

Veteninfo.az xəbər verir ki, bunu teleaparrıcı Turan İbrahimov “Fulya” filminin çəkilişləri ilə bağlı dediyi fikirlərdən sonra onu tənqid edənlərə cavab olaraq bildirib. T. İbrahimov deyib ki, məlum məmurların qılıncının sağı da, solu da kəsən zaman məhz efirdən onları və onların himayə etdiyi məmurları- icra başçılarını başda olmaqla xalqın xeyrinə tənqid etdiyim üçün sıxışdırmağa başladılar və o efirdən uzaqlaşdırıldı:

“Xüsusilə də qadağan olunmuş mövzuları-monopoliya, gömrükdəki özbaşınalıqlar, vergillərin iş adamlarını müflis etməsini və digərlərini material halında işlədib, efirə verib şərh edirdim. Güvənc yerim də məz prezidentimiz idi. Onun məşhur ifadəsi. “Jurnalistlər mənim köməkçimdir”.

Bütün bunları niyə edirdim? Çünki, xalqımın və dövlətimin daha yaxşısına laiq olduğuna inanırdım. Bəli, efirdən uzaqlaşdım. Kənarda qaldım, amma qısa zamanda tənqid etdiyim bütün məmurlar cəzalandırıldı, problemlərini qabartdığım əksər sahələrdə ciddi araşdırmalar başladı, cəmiyyətin istədiyi yeniliklər, islahatlar oldu.

44 günlük müharibə dönəmində də sadaladığım səbəblərdən efirdən kənarda idim. Yenə də müxtəlif mövzularda var gücümlə səsimi çıxarıb, ictimaiyyətə impuls verməyə çalışırdım. Türkiyə-Azərbaycan media platformasının rolu, Türkiyə mediasına 44 günlük savaş dönəmində verilmiş üstünlüyü, səbəbini cəmiyyətə izah etməyə çalışırdım. Həm də ona görə izah etməyə zərurət duyurdum ki, xalqımız yerli TV-lərimizi çox qınayırdı. MusavatTV-də, RealTV-də, APATV-də və onlarla saytlarda bu barədə çıxışlarım var.

Ona görə də “müharibə vaxtı sən harda idin?” deyənlərə deyirəm ki, məhz yuxarıda sadaladığım səbəblərdən efirdən kənarda idim. Efirə isə ancaq bu ilin yanvarında qayıtmaq imkanım oldu. Onda da var gücümlə dövlət və cəmiyyət naminə yenə də sözümü dedim. Hazırda məzuniyyətdəyəm. Qismət olsa yeni mövsümdən də əvvəlki kimi davam edəcəm.

Müharibə vaxtı jurnalist kimi heç bir rolumun olmadığını, məcburən kənarda qaldığımı, dediklərimin bu səbəbdən də subyektiv qısqanclıq kimi qəbul edilməyəcəyinə inandığım üçün də, məlum fikirlərimi yazdım. Nəzərə almadım ki, insanlar unutqandır, küyə gedəndir. Həmçinin, hələ də köhnə dövrün çirkli qafasında olan məmurlar və əlaltıları jurnalistlər var. Onlar məsələni şəxsi fikirə hörmət müstəvisindən çıxarıb başqa istiqamətlərə çəkməyə çalışacaqlar.

Mən, müharibə müxbiri olmayan, 44 gün ərzində heç bir TV kanalında işləməyən bir media üzvü kimi fəaliyyəti kiçildilən, görməzdən gəlinən, nəticədə yox sayılan zəhmətkeş jurnalistlərin səsi olmaq istədim. İstədiyimə də nail oldum. Amma o jurnalistlərin haqqının üstündə abad olan bəzi media kapitanları və ortaqları narahat oldular, yenə də təbiiətlərini biruzə verdilər.

Qısası, paxıllıq üçün motivlərim, digər oyunbazlıqlar üçünsə fırıldaqçılıqlarım yoxdu. Əks halda həmişə efirlərdə olardım, medianı zəlil edən məmurları zamanında tərifləyib, işdən çıxan kimi də söyüb, bir çoxları kimi ortada yeyib, qıraqda gəzərdim.

Artıq hər şeyə olduğu kimi baxmağı çoxdan öyrənməli idik, sürü psixalogiyasından qurtulmalı və əsasən də küyə getmyi tərgitməli idik.  Yenə də gec deyil…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki