image-reklam-veteninfo
image-imagesbackend

Ermənistanda İran istehsalı hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib

image-reklam-veteninfo

Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan əldə etdiyi hava hücumundan müdafiə (HHM) sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb.

Vətəninfo.az xəbər verir ki, təlimlər zamanı İranın qısa mənzilli “Əqrəb” (“Majid”) HHM sistemi, eləcə də Hindistanın orta mənzilli “Akash” hava hücumundan müdafiə kompleksi nümayiş etdirilib.

İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi İrəvanla Tehran arasında hərbi əməkdaşlığın genişləndiyi bir dövrə təsadüf edir.

Bu əməkdaşlıq Ermənistanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri də gündəmə gətirir. Belə ki, İrəvan bir tərəfdən ABŞ və Avropa ölkələri ilə hərbi və siyasi əlaqələrini genişləndirir, digər tərəfdən isə Qərbin ciddi təzyiq və sanksiyaları ilə üzləşən İranla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir.

İran istehsalı HHM sistemlərinin Ermənistan ordusunun təlimlərində nümayiş etdirilməsi isə iki ölkə arasında münasibətlərin siyasi bəyanatlarla məhdudlaşmadığını, hərbi-texniki əməkdaşlığın da inkişaf etdiyini göstərir.

Bu addım Ermənistanın gələcək təhlükəsizlik arxitekturasında həm Qərb, həm də region ölkələri ilə paralel hərbi əlaqələr qurmağa çalışdığını göstərən nümunə kimi qiymətləndirilə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki