image-reklam-veteninfo
image-1backend

Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyi şübhə altında deyil – Rusiya Xarici İşlər Nazirliyi

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki , Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyi və yurisdiksiyası şübhəsizdir .

Vətəninfo.az xəbər verir ki, diplomat Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərini qəbuledilməz adlandıran və bu ərazinin Yaponiyaya məxsus olduğunu bir daha bildirən Yaponiya Baş naziri Sanae Takaiçinin açıqlamasını belə şərh edib.

Zaxarova Cənubi Kuril adalarının İkinci Dünya Müharibəsi nəticəsində SSRİ-nin tərkibinə daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, müvafiq qərarlar Müttəfiq dövlətlərin müqavilələrində və BMT Nizamnaməsində təsbit olunub.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, “Rusiyanın suverenliyi və onlar üzərində yurisdiksiyası şübhəsizdir”.

Yaponiya da öz növbəsində İturup, Kunaşir, Şikotan və Habomay adalarını özünün “şimal əraziləri” hesab edir. Bu adalar üzərindəki ərazi mübahisəsi Moskva ilə Tokio arasında sülh müqaviləsinin bağlanmasına əsas maneələrdən biri olaraq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki