İsrail kəşfiyyatı İranın müdafiə sənayesinin sürətlə bərpa olunduğunu və ölkənin hərbi potensialının 2027-ci ilin ortalarına qədər müharibədən əvvəlki səviyyəyə yaxınlaşa biləcəyini hesab edir.
Vətəninfo.az “The Jerusalem Post”ua istinadən xəbər verir ki, İsrail tərəfi ilin əvvəlində baş vermiş İsrail-ABŞ və İran arasındakı müharibədən sonra Tehranın müdafiə sənayesini gözləniləndən daha sürətlə bərpa etməsindən narahatdır.
Hesabatda bildirilir ki, İran 2027-ci ilin ortalarına qədər ayda 100-300 ədəd ballistik raket istehsal etmək imkanını yenidən əldə edə bilər. Bu göstəricinin 12 günlük müharibədən əvvəl ölkənin malik olduğu istehsal gücünə uyğun olduğu qeyd olunur.
İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, İranın müdafiə sənayesinin sürətli bərpası ölkənin gələcəkdə raket arsenalını yenidən genişləndirməsinə imkan verə bilər.
Məlumatın İsrail kəşfiyyatının qiymətləndirməsinə əsaslandığı, göstərilən rəqəmlərin isə proqnoz xarakteri daşıdığı vurğulanır.


























