image-reklam-veteninfo
image-1backend

Müctəba Xameneyinin təyinatları SEPAH-ın İrandakı nüfuzunu gücləndirir – “Le Temps”

image-reklam-veteninfo

İsveçrənin “Le Temps” qəzeti İranın ali rəhbəri Müctəba Xameneyinin həyata keçirdiyi son hərbi təyinatlar dalğasını təhlil edib.

Vətəninfo.az xəbər verir ki, qəzetin yazdığına görə, hərbi və təhlükəsizlik aparatının 6 təcrübəli nümayəndəsinin mühüm vəzifələrə təyin edilməsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin hərbi qüvvələri, xarici siyasəti və daxili idarəetmə mexanizmləri üzərində nüfuzunun daha da artdığını göstərir.

“Le Temps” hesab edir ki, bu genişmiqyaslı təyinatlar İran Prezidenti Məsud Pezeşkianın rolunun faktiki olaraq icraçı və inzibati səviyyə ilə məhdudlaşdırıldığını göstərir.

İranın dövlət mediasının məlumatına görə, daha əvvəl də ölkənin müharibə idarəçiliyi strukturunda fəaliyyət göstərmiş 6 yüksək rütbəli şəxsə yeni səlahiyyətlərin verilməsi bazar ertəsi elan olunub.

İlk baxışdan təyinatların həlak olmuş bir neçə komandirin yerinin doldurulması məqsədi daşıdığı görünsə də, qəzetə görə, yeni vəzifələr həmin qərarların daha geniş strateji məqsədlərə xidmət etdiyini göstərir.

Yeni təyinatlar çərçivəsində əsas vəzifələrə aşağıdakılar daxildir:

komandanlıq mərkəzlərinin birləşdirilməsi;

hücum əməliyyatlarının hazırlanması;

Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat imkanlarının gücləndirilməsi;

ölkə daxilində nəzarət və kəşfiyyat şəbəkəsinin genişləndirilməsi.

“Le Temps”in təhlilinə əsasən, bu addımlar İranın hərbi və təhlükəsizlik strukturlarında SEPAH-ın rolunun daha da gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki