image-reklam-veteninfo
image-1backend

“The Washington Post”: İranın Hörmüz kartı əvvəlki təsir gücünü itirib

image-reklam-veteninfo

ABŞ-ın “The Washington Post” qəzeti İranın Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə imkanlarının əvvəlki effektivliyini itirdiyini yazıb.

Vətəninfo.az xəbər verir ki, qəzetin məqaləsində İranın iqtisadi təzyiq və dəniz blokadası ilə məhdudlaşdırılması fonunda Tehranın Hörmüz boğazına nəzarətdən hansı formada istifadə edə biləcəyi təhlil olunub.

Məqalədə İranın boğazı bağlamaq siyasəti girov götürməyə bənzədilib. Bununla belə, nəşr bu təzyiq mexanizminin əvvəlki qədər təsirli olmadığını vurğulayıb.

“The Washington Post”un yazdığına görə, beynəlxalq bazarlar Hörmüz boğazında yaranan məhdudiyyətləri artıq qiymətlərə böyük ölçüdə daxil edib. Nəticədə neftin qiymətində artım müşahidə olunsa da, bahalaşma hələlik qlobal iqtisadiyyat üçün fəlakətli səviyyəyə çatmayıb.

Nəşr həmçinin qeyd edir ki, neft ixrac edən ölkələr alternativ marşrutlardan istifadə etməklə Hörmüz boğazında yaranan problemlərin təsirini qismən azaltmağa çalışırlar.

Hazırda Hörmüz boğazının bağlı qalması qlobal enerji bazarları üçün ciddi risk olaraq qalır. Reuters-in məlumatına görə, boğaz vasitəsilə müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz axınının mühüm hissəsi həyata keçirilirdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki