image-reklam-veteninfo
image-1backend

ABŞ “USS George Washington” təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərməyə hazırlaşır

image-reklam-veteninfo

ABŞ “USS George Washington” təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərməyə hazırlaşır.

Vətəninfo.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ-ın İrana qarşı hərbi əməliyyatından əvvəl, yanvar ayından etibarən bölgədə yerləşdirilib.

Nəşr bildirir ki, gəminin uzunmüddətli missiyası ABŞ qanunvericiləri arasında narahatlıq yaradıb. “USS Abraham Lincoln” 250 gündən artıqdır dənizdədir və artıq 200 gündür ki, heç bir limana daxil olmayıb.

Bu göstəricinin gəminin dənizdə fasiləsiz qalma müddəti baxımından rekord olduğu qeyd edilir.

ABŞ senatoru Riçard Blumental Pentaqon rəhbərliyinə müraciət edərək gəmi heyətinin xidmət şəraiti, eləcə də göyərtədəki dənizçilərin psixoloji sağlamlığı ilə bağlı yaranan problemlər barədə məlumat tələb edib.

Nəşrin məlumatına görə, “USS George Washington”un bölgəyə göndərilməsi ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun daha da gücləndirilməsi kimi qiymətləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki