image-reklam-veteninfo
image-universlabackend

ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar – SƏNƏDLƏR NƏ DEYİR?

image-reklam-veteninfo

Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrləri və təsdiq olunmuş siyahılar bir daha göstərir ki, hər “cərrah” adı ilə tanınan şəxsə və ya klinika lövhəsinə etibar etmək həyati təhlükə daşıya bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16.01.2026-cı il tarixli 3-28/3-1-26/2026 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tibb sahəsindəki saxtakarlıqları bir daha üzə çıxardı.
İllərdir özünü peşəkar estetik cərrah kimi təqdim edən və müxtəlif media resurslarında aktiv fəaliyyət göstərən Natavan Əmirovanın adı Səhiyyə Nazirliyinin rəsmi olaraq praktik tibb fəaliyyətinə icazə verdiyi qanuni həkim-mütəxəssislər siyahısında yoxdur.

(Səhiyyə nazirliyinin https://e-health.gov.az/media/PlastikCerrahlarSIYAHI_PDF_17.04.2025.pdf) daxuil olub Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin

siyahısına diqqət yetirə bilərlər.

https://www.youtube.com/shorts/pAdndpTu6nU 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Vətəninfo.az-a verilən məlumata görə, əgər adı hallanan şəxsin adı Səhiyyə Nazirliyinin sertifikasiyasından keçən plastik cərrahlar siyahısında yoxdursa, onun bu sahədəki hər hansı fəaliyyəti qanunsuzdur.  Rəsmi qurumların mövqeyinə əsasən, zəruri dövlət qeydiyyatı və qanuni ixtisas sertifikatı tələblərinə məhəl qoyulmadan həyata keçirilən estetik müdaxilələr vətəndaşların hüquqlarını kobudcasına pozur.
Bu cür qanunsuzluqların aşkar olunduğu tibb müəssisələri və şəxslər barəsində müvafiq qaydada inzibati tənbeh tədbirləri görülməsi qaçılmazdır.
Vətəndaşların diqqətinə çatdırılır ki, hər hansı estetik və ya cərrahi əməliyyat başlamazdan əvvəl həkimin Səhiyyə Nazirliyinin rəsmi reyestrində olub-olmamasını və müvafiq sertifikatını tələb etmələri mütləqdir. Sağlamlığınızı təsadüfi adlara və saxta “mütəxəssislərə” etibar etməyin!

https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D#

 

Redaksiyadan: Məqalə ilə bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki