image-reklam-veteninfo
image-1backend

Tarixçi alim: 1990-cı illərin qaranlıq Naxçıvanını…

image-reklam-veteninfo

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri əvvəlki səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Dövlət başçısının Naxçıvanla bağlı indiyədək həyata keçirdiyi siyasətdə bölgənin təhlükəsizliyinin təmin olunması, müdafiə qabiliyyətinin gücləndirilməsi, 35 ildir blokada şəraitində yaşayan əhalinin sosial-iqtisadi baxımdan dəstəklənməsi əsas istiqamətləri təşkil edirdisə, hazırda Naxçıvanın gələcəyi ilə bağlı daha genişmiqyaslı, fantastik və inqilabi planlardan danışılır. Şübhəsiz ki, bunun əsas səbəbi Azərbaycanın qazandığı tarixi Zəfərin yaratdığı yeni reallıqlardır.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına son müsahibəsi onun yalnız bu günü deyil, uzunmüddətli perspektivləri və gələcək nəsillərin mənafelərini nəzərə alan strateji planlara malik siyasi lider olduğunu bir daha nümayiş etdirib: “Əslən Ordubaddan olduğum üçün yaxşı xatırlayıram: 1980-ci illərdə Ordubadda işıqlar gur yananda həsrətlə baxdığımız Güney qaranlıq içində olardı. 1991-ci ildə Naxçıvanın blokadası başlayanda bu dəfə biz qaranlıqda qaldıq, qaranlığımız 10 ildən çox çəkdi. 2008-ci ildən sonra qazsızlığımız da tarixə qovuşdu. Bu gün Naxçıvan Muxtar Respublikası 100 faiz qazlaşdırılıb. Prezident İlham Əliyevin müsahibəsindən aydın olur ki, 1990-cı illərin qaranlıq Naxçıvanını gələcəkdə enerji ixracatçısına çevirmək əsas strateji hədəflərdən biridir. “Bu, həqiqətən də fantastik plandır. Bəs onun gerçəkləşəcəyinə inanırıqmı? Əlbəttə. Qarabağ münaqişəsini ağlımıza belə gəlməyən formada həll edən, Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına nail olan bir rəhbərə niyə inanmayaq ki?”, – deyə tarixçi vurğulayıb. Dördpendirli pizza

Ekspert qeyd edib ki, Naxçıvan Azərbaycanın böyük turizm potensialına malik bölgələrindən biridir. Bunun əsas səbəbləri muxtar respublikanın qədim və zəngin mədəniyyətə, çoxsaylı tarixi abidələrə malik olması, eyni zamanda üç ölkə ilə sərhəddə yerləşməsidir.

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, Möminə xatun türbəsində genişmiqyaslı bərpa və konservasiya işlərinin aparılması, eləcə də Memar Əcəmi Naxçıvaninin irsinin yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər Naxçıvanın turizm potensialının üzə çıxarılması və muxtar respublikanın beynəlxalq mədəniyyət xəritəsində daha görünən mövqeyə yüksəlməsi baxımından yeni imkanlar yaradır. Daha bir təəssüfləndirici məqam ondan ibarətdir ki, üç onillikdən artıq davam edən blokada nəinki əcnəbilərin, hətta Azərbaycan vətəndaşlarının belə bu potensialı tam şəkildə kəşf etməsinə, Naxçıvanın gözəlliklərindən zövq almasına mane olub. Əminəm ki, təkcə muxtar respublika sakinləri deyil, Azərbaycanın digər bölgələrindən olan soydaşlarımız da Naxçıvanı kəşf etmək üçün Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyirlər. Zəngəzur dəhlizinin açılması və dəmir yolu bağlantısının bərpasından sonra Naxçıvanın həm sürətli iqtisadi inkişafına, həm də turist axınının artmasına şahidlik etmək mümkün olacaq. Bu proses muxtar respublikanın tranzit, logistika və turizm imkanlarının genişlənməsi ilə yanaşı, yerli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına da ciddi təkan verəcək. Nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi imkanların artması ilə Naxçıvanın insan kapitalının potensialından daha səmərəli istifadə etmək mümkün olacaq. Bax, o zaman Naxçıvanın yetişdirdiyi, onu göz bəbəyi kimi qoruyub bu günlərə çatdıran tarixi şəxsiyyətlərin də ruhu şad olacaq”, – deyə Cavid İsmayıl fikirlərini yekunlaşdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki