ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının təxminən 25 faizini itirib.
Vətəninfo.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, itirilən dronların ümumi sayı 45-ə çatıb. Hər bir “MQ-9 Reaper”in dəyərinin təxminən 50 milyon dollar olduğu bildirilir.
Nəşr qeyd edir ki, dronların əksəriyyəti Hörmüz boğazı ərazisində itirilib. Alçaq hündürlükdə və aşağı sürətlə uçan bu pilotsuz aparatların İran tərəfindən asan hədəf kimi qiymətləndirildiyi bildirilir.
“MQ-9 Reaper” dronlarından əsasən kəşfiyyat məlumatlarının toplanması və dəqiq zərbələrin endirilməsi məqsədilə istifadə olunur.
“The Washington Post”un hesablamalarına əsasən, itirilən dronların ABŞ vergiödəyiciləri üçün yaratdığı potensial maliyyə yükü 1,3 milyard dolları ötür.
Bununla yanaşı, nəşr vurğulayır ki, itirilən 45 dronun heç də hamısı vurulmayıb. Bəzi pilotsuz uçuş aparatlarının operatorlarla əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.


























