image-reklam-veteninfo
image-1backend

Bərzani : “Terrorsuz Türkiyə” qanun layihəsini alqışlayıram

image-reklam-veteninfo

İraq Kürt Regional İdarəsinin Baş naziri Neçirvan Bərzani Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmiş “Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi Haqqında” qanun layihəsini alqışladığını bəyan edib.

N.Bərzani yaydığı açıqlamada bu qərarı “cəsarətli addım” kimi qiymətləndirərək, onun Türkiyədə və bütövlükdə regionda davamlı sülh, əmin-amanlıq və sabitliyin təmin olunması yolunda mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Sülh və dialoqun hər zaman ən doğru seçim olduğuna, silahlı münaqişələr dövrünün isə geridə qaldığına inandıqlarını qeyd edən N.Bərzani bu qanunun Türkiyədəki bütün tərəflər arasında etimadın bərpa olunması və dinc, yanaşı yaşayışın təmin edilməsi üçün əvəzolunmaz fürsət olduğunu bildirib. O, hər kəsi sülhün zəfər çalması üçün bu qanunu dəstəkləməyə çağırıb, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qanunun qəbulunda əməyi keçən bütün liderlərə və siyasi partiyalara təşəkkürünü çatdıraraq Kürdüstan Regionunun sülh və sabitliyin bərqərar olmasına dəstək verdiyini bir daha bəyan edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki