image-reklam-veteninfo
image-images-1backend

İran  Küveytdə ABŞ bazalarını hədəfə aldı 

image-reklam-veteninfo

Bu gün səhər saatlarında İran Küveytdəki ABŞ-nin hərbi obyektlərini raketlər və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Bununla bağlı, İran dövlət televiziyası xəbər verib.

Vətəninfo.az xəbər verir ki, Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı isə açıqlamasında ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın raket və dronlarına qarşı fəaliyyət göstərdiyini və bir sıra düşmən hava hədəflərini zərərsizləşdirdiyini bildirib.

Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin səmadakı hədəfləri məhv etməsi nəticəsində partlayış səslərinin eşidilə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Hərbi rəhbərlik vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə, səlahiyyətli qurumların tövsiyə və göstərişlərinə əməl etməyə çağırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki