image-sepahbackend

İran-molla rejiminə Avropa İttifaqından zərbə– SEPAH terror təşkilatları sırasına salınır

image-reklam_sirab_01

Vətəninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ  İranın hakimiyyətinə qarşı təzyiqləri davam etdirmək niyyətindədir.

Məlumata görə. Avropa Parlamenti çərşənbə günü Aİ-ni İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmağa çağırıb.

Avropa parlamentarilərinin  böyük əksəriyyətinin dəstəklədiyi mətndə Avropa Parlamenti “İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxil olmaqla, İranın “əxlaq polisi”  üzvülərinin də teror siyahsına salınmasın tələb edirlər.

Mətndə parlamentarilər Aİ və onun üzv dövlətlərini “terror fəaliyyəti, etirazçılara qarşı repressiyaya əl atılmasını və İranın Rusiyaya pilotsuz təyyarələr verməsi fonunda”  İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH)  terrorçu siyahısına daxil etməyə çağırıb.

Məlumatda deyilir ki, Aİ-nin ədliyyə komissarı Didier Reynders bu həftənin əvvəlində parlamentdə deyib: “Mən zəmanət verirəm ki, Aİ-nin İrandakı hadisələrə reaksiya verməsini təmin edən bütün variantlar masada qalır”.

Avropa Parlamentinin deputatlarının cümə axşamı günü başqa səsvermədə Avropanın İrandakı etirazlara və edamlara reaksiyasına dair qeyri-qanuni hesabatı qəbul etmək üçün öz tələblərini təkrarlayacaqları gözlənilir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə axşamı deyib ki, o, ölkədə “əsas insan hüquqlarının” tapdalanmasına cavab vermək üçün İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH)  terror təşkilatı siyahısına salınmasını dəstəkləyib.

 

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image