Xəzər dənizi marşrutunda izləyici sistemlərini söndürən gəmilərin sayı artıb. Ekspertlər hesab edir ki, bu marşrutla İrandan Rusiyaya silah daşınır. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“İran və Rusiya arasında birbaşa marşrutu təmin edən bu dəniz yolundan getdikcə daha çox yüklər daşınır.
Şübhəli silahların Tehrandan Moskvaya daşınmasında həmin marşrutdan istifadə olunur”-deyə, məlumatda bildirilir.
Qeyd olunur ki, İran və Rusiya arasında əməkdaşlıq dərinləşib.
“Rusiyanın Ukraynada döyüş qabiliyyətini gücləndirmək üçün İrandan alınan PUA-lar, güllələr və minaatanların daşınması üçün Xəzər dənizi marşrutundan istifadə edilir”,- məlumatda vurğulanır.