image-reklam-veteninfo
image-1backend

İrandan ABŞ və İsrailə sərt xəbərdarlıq; Təcili əsgərlərinizi bu ərazidən çıxarın 

image-reklam-veteninfo

İİKK ABŞ və İsraili bölgəni tərk etməyə çağırıb.
ABŞ və İsrail gec-tez bölgəni tərk etmək barədə razılığa gəlməli olacaqlar.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir.

“Düşmənin hərbi uğursuzluğundan sonra o, hibrid, idrak, iqtisadi və informasiya müharibəsinə əl atdı. Lakin İran xalqı daxili potensialına, müqavimət iqtisadiyyatına və müqəddəs milli birliyə güvənərək sabitliyi pozmaq üçün edilən hər hansı bir cəhdi neytrallaşdırır”, – deyə İİKK vurğulayıb.

Qeyd olunur ki, silahlı qüvvələr qətiyyətli və sarsıdıcı cavab verməyə hazırdır.

Bəyanatda deyilir: “İran İslam Respublikasının silahlı qüvvələri elmi nailiyyətlərə, strateji innovasiyalara və müdafiə sahəsindəki öz imkanlarına güvənərək, istənilən təhlükəni ilk anda zərərsizləşdirməyə imkan verən səviyyəyə çatıblar”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki