image-reklam-veteninfo
image-1backend

İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb

image-reklam-veteninfo

RİA Novosti agentliyinin əldə etdiyi rəsmi Pentaqon məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb.

ABŞ ordusunun statistikasını yeniləməsindən sonra İranın hücumunda ölən ABŞ hərbçilərinin sayı bir nəfər artıb, lakin ölən əsgərin şəxsiyyəti rəsmi olaraq açıqlanmayıb.

Pentaqon sözçüsü anonimlik şərti ilə “Washington Post” qəzetinə bildirib ki, ölən qadın zabitdir. O, hərbi qulluqçunun Yaxın Şərqə uçuş zamanı təcili tibbi yardıma ehtiyacı olduğunu, lakin onun həyatını xilas etmək mümkün olmadığını bildirib.

Xatırladaq ki, daha əvvəl “Washington Post” qəzeti Pentaqonun guya İranla münaqişənin başlanğıcından bəri itkilərin həqiqi miqyasını ictimaiyyətə təqdim etmədən öldürülən amerikalı hərbçilərin sayını azaltdığını iddia etmişdi. Departament rəhbəri Pit Heqset bu məlumatı yalan adlandırmışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki