İranın ali rəhbərinin Xorasan-e Rəzəvi əyalətindəki nümayəndəsi və Məşhəd şəhərinin cümə imamı Əhməd Ələmülhüda ölkəsinin nüvə silahı əldə etməsinin vacib olduğunu bəyan edib.
O, “Xorasan” qəzetinə müsahibəsində atom silahını düşmənlərə qarşı çəkindirici vasitə kimi qiymətləndirib və İranın belə bir silaha sahib olmasının zəruriliyini vurğulayıb.
Ələmülhüdanın bu açıqlaması İranda nüvə doktrinasının dəyişdirilməsi və nüvə silahı əldə edilməsi məsələsinin yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, İranın nüvə proqramı və ölkənin mümkün nüvə silahı əldə etməsi məsələsi beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.


























