image-reklam-veteninfo
image-1backend

İranlı generaldan ABŞ-yə xəbərdarlıq: “BƏƏ-dəki strateji obyektlər hədəfə çevrilə bilər”

image-reklam-veteninfo

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və Hörmüz boğazı ətrafında yerləşən bəzi strateji obyektlərinin mümkün hərbi hədəflər sırasında olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Rzayi bu barədə “Press TV” telekanalına müsahibəsində danışıb.

İranlı generalın sözlərinə görə, ABŞ-nin BƏƏ-də və Hörmüz boğazı ətrafında yerləşən, indiyədək İran tərəfindən hədəf kimi müəyyənləşdirilməyən yüksək dəyərli obyektləri var.

“Amerikanın BƏƏ-də və Hörmüz boğazı ətrafında çox bahalı aktivləri var ki, biz onları hələ də öz hədəflərimiz sırasına daxil etməmişik”, – deyə Rzayi bildirib.

O xəbərdarlıq edib ki, müharibə yenidən başlayacağı təqdirdə həmin obyektlər İran ordusunun hədəfinə çevrilə bilər.

Rzayinin sözlərinə görə, mümkün hədəflər sırasına rabitə kabelləri, məlumat mərkəzləri, süni intellekt infrastrukturu və bu sahədə fəaliyyət göstərən mərkəzlər daxildir.

İranlı rəsmi sözügedən obyektlərin ümumi dəyərinin 2 trilyon dollardan çox olduğunu iddia edib.

Rzayinin açıqlaması regionda mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqları artırır. Bununla belə, sadalanan obyektlərin konkret siyahısı və onların hədəf kimi müəyyənləşdirilməsi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki