image-reklam-veteninfo
MSK seçkibackend

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

image-reklam-veteninfo

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması

qərara alınıb.

“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki

məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” – R. Qasımov vurğuayıb.

Xatırladaq ki, 7 fevral prezident seçkiləri çərçivəsində azad edilmiş ərazilərdə 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət

göstərmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki