image-reklam-veteninfo
image-1backend

İsrail: “Suriya rəhbərliyi ilə əlaqə kanallarımız mövcuddur”

image-reklam-veteninfo

İsrail Suriya ilə əlaqə kanallarının saxlanıldığını və Dəməşqdəki hakimiyyətlə dialoqun mümkün olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, İsrailin yüksək vəzifəli siyasi mənbələrindən biri çərşənbə günü i24NEWS telekanalına bildirib ki, İsrail Suriya hakimiyyəti ilə əlaqə kanallarını qoruyur və Suriya prezidenti Əhməd əl-Şara dialoq aparılması mümkün olan “həmsöhbət” hesab olunur.

Bu barədə telekanalın siyasi şərhçisi Qay Azriel əsas xəbər buraxılışı zamanı məlumat verib.

İsrailli mənbənin sözlərinə görə, tərəflər arasında ünsiyyət imkanları mövcuddur, lakin əsas məsələ bu dialoqun hansı məzmun və çərçivədə aparılmasıdır.

“Əş-Şara həmsöhbətdir. Suriya rejimi ilə ünsiyyət kanallarımız var. Sual həmin dialoqun məzmununun nədən ibarət olmasıdır”, – deyə mənbə bildirib.

İsrail rəsmisi həmçinin qeyd edib ki, təxminən bir il əvvəl iki ölkə arasında təhlükəsizlik sahəsində razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparılıb. Lakin həmin danışıqlar konkret razılaşma ilə nəticələnməyib.

“ Təxminən bir il əvvəl təhlükəsizlik sahəsində razılığa gəlmək üçün dialoq aparmışdıq. Sonda bu proses uğursuz oldu”, – deyə yüksək vəzifəli mənbə vurğulayıb.

Qeyd edək ki, əvvəllər Əbu Məhəmməd əl-Culani adı ilə tanınan Əhməd əl-Şara hazırda Suriya Keçid Hakimiyyətinə rəhbərlik edir.

İsrailin açıqlaması tərəflər arasında münasibətlərin mürəkkəb olaraq qalmasına baxmayaraq, diplomatik və təhlükəsizlik kanallarının tamamilə bağlanmadığını göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki