image-reklam-veteninfo
image-1backend

İstanbulda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə sazişi üzrə ilk iclası keçirilir

image-reklam-veteninfo

İstanbulda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası başlayıb.

Vətəninfo.az xəbər verir ki, toplantıya Türkiyə ev sahibliyi edir. Görüşdə üç ölkənin xarici işlər və müdafiə nazirləri, həmçinin Baş Qərargah rəisləri iştirak edirlər.

Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu təmsil edir.

Pakistan nümayəndə heyətində xarici işlər naziri Məhəmməd İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif və Baş Qərargah rəisi marşal Asim Munir yer alır.

Səudiyyə Ərəbistanından isə xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Baş Qərargah rəisi general Feyyad bin Hamed əl-Ruvaili iştirak edir.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, üç ölkənin müdafiə imkanlarının artırılması və silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi müzakirə olunur.

Toplantının gündəliyində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və istehsal imkanlarının inkişaf etdirilməsi, eləcə də terrorizmlə mübarizədə koordinasiyanın gücləndirilməsi məsələləri yer alır.

İclas çərçivəsində həmçinin Strateji Siyasi və Müdafiə Komitəsinin müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyət göstərəcək Katibliyin və digər mexanizmlərin formalaşdırılması, qarşıdakı dövr üçün yol xəritəsinin hazırlanması gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki