image-23backend

Kilçdaroğlu Rusiya tərəfdən asılılıqdan danışıb

image-reklam_sirab_01

Türkiyə prezidentliyinə müxalifətdən namizəd Kamal Kılıçdaroğlu deyib ki, onun fikrincə, qaz qovşağının yaradılması ölkə üçün təhlükəlidir, onun enerji müstəqilliyini təhdid edir və gələcəkdə böyük problemlər yarada bilər.

Onun sözlərinə görə, bu layihə reallaşarsa, Ankara enerji təchizatı baxımından Rusiya Federasiyasından asılılığını 70-80 faizə çatdıra bilər. Vətəninfo.az xəbər verir ki, Kılıçdaroğlu bunu Türkiyənin məğlubiyyəti kimi qiymətləndirib.

“Siz Rusiya Federasiyası ilə qaz qovşağının yaradılması haqqında müqavilə imzaladığınızı deyirsiniz. Əgər indi Türkiyə enerji baxımından Rusiya Federasiyasından 30-40 faiz asılıdırsa, qovşağın yaradılması ilə asılılıq 70-80 faizə çatacaq. Bu, təslim olmaqdır”, – Kılıçdaroğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki