image-19backend

Konfrans Liqası: 1/8 final və pley-off mərhələsinin növbəti iştirakçıları müəyyənləşir

image-reklam_sirab_01

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçiriləcək.

Vətəninfo.az-ın məlumatına görə, bununla da 1/8 final və pley-off mərhələsinin növbəti iştirakçıları müəyyənləşəcək.

“Qarabağ”ın yer aldığı H qrupunda əsas mübarizə liderlik uğrunda gedəcək. İsveçrədə “Bazel”in qonağı olacaq Ağdam klubu 1/8 finala adlamaq üçün mütləq qalib gəlməlidir.

Bu iki komanda ilə yanaşı, Norveçin “Budye Qlimt”, İtaliyanın “Roma” və İsrailin “Makkabi” (Təl-Əviv) klublarının qrupda ilk 2 pillədən birini tutacaqları rəsmiləşib.

Niderlandın AZ və “Feyenoord”, Danimarkanın “Kopenhagen”, Avstriyanın LASK və Fransanın “Renn” kollektivləri 1/8 finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, G qrupunda İngiltərənin “Tottenhem” və Fransanın “Renn” klubları arasında keçirilməli olan qarşılaşma London təmsilçisinin heyətində koronavirusa kütləvi yoluxma halları əlaqədar ləğv olunub. UEFA bu görüşlə bağlı qərarını daha sonra açıqlayacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

A qrupu

21:45. LASK (Avstriya) – HİK (Finlandiya)

21:45. “Alaşkert” (Ermənistan) – “Makkabi” (Təl-Əviv, İsrail)

Xal durumu: LASK – 13“Makkabi” – 10HİK – 6, “Alaşkert” – 0.

B qrupu

21:45. “Gent” (Belçika) – “Flora” (Estoniya)

21:45. “Partizan” (Serbiya) – “Anortosis” (Kipr)

Xal durumu: “Gent” – 10, “Partizan” – 7, “Flora” – 5, “Anortosis” – 5.

C qrupu

21:45. “MOİK-Sofiya” (Bolqarıstan) – “Roma” (İtaliya)

21:45. “Zarya” (Luqansk, Ukrayna) – “Budyo Qlimt” (Norveç)

Xal durumu: “Budyo Qlimt” – 11, “Roma” – 10, “Zarya” – 6, “MOİK-Sofiya” – 1.

D qrupu

21:45. ÇFR (Kluj, Rumıniya) – “Yablonets” (Çexiya)

21:45. AZ (Niderland) – “Randers” (Danimarka)

Xal durumu: AZ – 11, “Randers” – 7, “Yablonets” – 6, ÇFR – 1.

E qrupu

00:00. “Union Berlin” (Almaniya) – “Slaviya” (Praqa, Çexiya)

00:00. “Feyenoord” (Niderland) – “Makkabi” (Hayfa, İsrail)

Xal durumu: “Feyenoord” – 11, “Slaviya” – 7, “Union Berlin” – 6, “Makkabi” – 4.

F qrupu

00:00. “Kopenhagen” (Danimarka) – “Slovan” (Bratislava, Slovakiya)

00:00. PAOK (Yunanıstan) – “Linkoln” (Cəbəllütariq)

Xal durumu: “Kopenhagen” – 12, “Slovan” – 8, PAOK – 8, “Linkoln” – 0.

G qrupu

00:00. “Vitess” (Niderland) – “Mura” (Sloveniya)

00:00. “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa)

Xal durumu: “Renn” – 11, “Tottenhem” – 7, “Vitess” – 7, “Mura” – 3.

H qrupu

00:00. “Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan)

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (AZƏRBAYCAN)

Xal durumu: “Bazel” – 11, “Qarabağ” – 11, “Omoniya” – 3, “Kayrat” – 1.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki