image-1backend

Konfrans Liqası: Bu gün bir komanda 1/8 finala vəsiqə qazana bilər

image-reklam_sirab_01

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Veteninfo.az-ın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Qazaxıstanda “Kayrat”ın qonağı olacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda, qrupun digər görüşünün nəticəsindən asılı olaraq, pley-offa vəsiqəni təmin edə bilər. Sözügedən matçda İsveçrə “Bazel”i Kiprdə “Omoniya” ilə üz-üzə gələcək.

B qrupunda mübarizə aparan Belçika “Gent”i bu turda 1/8 finala birbaşa vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün komanda evdə Serbiya “Partiza”nını məğlub etməlidir.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

4 noyabr

UEFA Konfrans Liqası, qrup mərhələsi

IV tur

A qrupu

21:45. “Makkabi” (Təl-Əviv, İsrail) – HİK (Finlandiya)

21:45. LASK (Avstriya) – “Alaşkert” (Ermənistan)

Xal durumu: “Makkabi” – 7, LASK – 7, HİK – 3, “Alaşkert” – 0.

B qrupu

19:30. “Flora” (Estoniya) – “Anortosis” (Kipr)

21:45. “Gent” (Belçika) – “Partizan” (Serbiya)

Xal durumu: “Gent” – 9, “Partizan” – 6, “Flora” – 1, “Anortosis” – 1.

C qrupu

21:45. “Zarya” (Luqansk, Ukrayna) – “MOİK-Sofiya” (Bolqarıstan)

00:00. “Roma” (İtaliya) – “Budyo Qlimt” (Norveç)

Xal durumu: “Budyo Qlimt” – 7, “Roma” – 6, “Zarya” – 3, “MOİK-Sofiya” – 1.

D qrupu

21:45. AZ (Niderland) – ÇFR (Kluj, Rumıniya)

21:45. “Randers” (Danimarka) – “Yablonets” (Çexiya)

Xal durumu: AZ – 7, “Yablonets” – 4, “Randers” – 3, ÇFR – 1.

E qrupu

00:00. “Union Berlin” (Almaniya) – “Feyenoord” (Niderland)

00:00. “Slaviya” (Praqa, Çexiya) – “Makkabi” (Hayfa, İsrail)

Xal durumu: “Feyenoord” – 7,”Makkabi” – 4, “Slaviya” – 3, “Union Berlin” – 3.

F qrupu

21:45. “Linkoln” (Cəbəllütariq) – “Slovan” (Bratislava, Slovakiya)

00:00. PAOK (Yunanıstan) – “Kopenhagen” (Danimarka)

Xal durumu: PAOK – 7, “Kopenhagen” – 6, “Slovan” – 4, “Linkoln” – 0.

G qrupu

00:00. “Tottenhem” (İngiltərə) – “Vitess” (Niderland)

00:00. “Renn” (Fransa) – “Mura” (Sloveniya)

Xal durumu: “Renn” – 7, “Vitess” – 6, “Tottenhem” – 4, “Mura” – 0.

H qrupu

19:30. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (AZƏRBAYCAN)

21:45. “Omoniya” (Kipr) – “Bazel” (İsveçrə)

Xal durumu: “Bazel” – 7, “Qarabağ” – 7, “Omoniya” – 1, “Kayrat” – 1.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki