image-1626954616_1451221backend

Konfrans Liqası: “Qarabağ” və “Neftçi”nin matçlarına təyinatlar açıqlanıb

image-reklam_sirab_01

“Qarabağ” və “Neftçi” klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

Veteninfo.az xəbər verir ki, Ağdam təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya təmsilçisi “Aberdin”ə qarşı görüşünü sloveniyalı Rade Obrenoviç idarə edəcək. Ona yan xətt hakimləri Yure Prorotnik və Aleksandr Kasapoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Asmir Saqrkoviç yerinə yetirəcək.

“Ağ-qaralar”ın “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə keçirəcəyi görüşdə isə ədaləti fransalı Uilli Delajod qoruyacaq. Laysmanlar Mehdi Rəhmani, Ervan Kristof Fincin, dördüncü hakim isə Tomas Leonard olacaq.

Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi pley-off-da ilk oyunlarını avqustun 19-da Bakıda keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki