Keçmiş UFC çempionu Konor Makqreqor “Çelsi”ni almaq fikrinə düşüb.
Veteninfo.az saytının məlumatına görə, bunu irlandiyalı idmançı özü açıqlayıb.
34 yaşlı Makqreqor bildirib ki, Roman Abramoviç tərəfindən satışa çıxarılan “zadəganlar”ın səhmlərini almağa hazırdır. O, tvitter səhifəsindəki paylaşımında bu sövdələşmənin həyata keçirilməsi perspektivlərini nəzərdən keçirəcəyini vurğulayıb: “Çelsi” 3 milyard funt sterlinqə satılır. Gəlin alaq”.
Buna baxmayaraq, Britaniya mətbuatında Makqreqorun bu qədər sərvətinin olmadığı yazılıb.
Qeyd edək ki, 2003-cü ildən Premyer Liqa təmsilçisinə rəhbərlik edən Roman Abramoviç bu günlərdə təklifləri dəyərləndirməyə hazır olduğunu deyib.