image-1630754339_2222backend

Lamiyə Vəliyeva: “Tokio paralimpiadasında çempion olacağıma inanmırdım”

image-reklam_sirab_01

“Çox xoşbəxtəm. Fəxr edirəm ki, Azərbaycanı layiqincə təmsil etdim və bayrağımızı yüksəklərə qaldırdım. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm. Bizə bu cür şərait yaradıblar və qayğı göstəriblər”.

Veteninfo.az-ın məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

19 yaşlı idmançı bütün Azərbaycan xalqına da minnətdar olduğunu sözlərinə əlavə edib: “Bu, hələ son deyil. Biz Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağıq. Ümid edirəm ki, yenidən belə qələbələrlə Vətənə qayıdacağıq. Tokioda çempion olacağıma və paralimpiya rekord qıracağıma inanmırdım. Bu il həqiqətən çox əziyyət çəkdim. Allah məni bu çempionluğa layiq görüb. Növbəti paralimpaidada əsas məqsədim dünya rekordunu qırmaq olacaq. Bu səbədən ciddi şəkildə hazırlaşacağam”.

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki