Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəyindən tezliklə vaz keçəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Lavrov Şərq İqtisadi Forumunun kənarında jurnalistlərə açıqlamasında deyib ki, Avropa İttifaqı iqtisadi baxımdan əvvəlki üstünlüklərini itirir.
“İqtisadi baxımdan Avropa İttifaqı bir çox amillərə, o cümlədən öz axmaqlığına və bəlkə də uzaqgörənliyinə görə üstünlüklərini itirir. Serbiyadakı dostlarımız və indi də erməni tərəfdaşlarımız ətalət səbəbindən Aİ-yə üzvlüyə can atmaqda davam edirlər. Əminəm ki, bu istək çox tezliklə onlarda yox olacaq”, – deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Avropa İttifaqı hazırda sahib olduğu iqtisadi üstünlükləri “boşa sərf edir”.


























