image-reklam-veteninfo
image-444backend

Lavrovdan şok açıqlama: Avropada yeni müharibə başlayacaq 

image-reklam-veteninfo

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, tanınmamış Kosovo Respublikası ətrafında yaranmış vəziyyətə görə Avropanın mərkəzində böyük partlayış baş verir. Vətəninfo.az xəbər verir ki, bu  barədə “Gazeta.ru” yazır.

“Avropanın mərkəzində böyük partlayış baş verir. Məhz 1999-cu ildə NATO-nun Helsinki Yekun Aktının və ATƏT sənədlərinin bütün mümkün prinsiplərini pozaraq Yuqoslaviyaya təcavüz etdiyi yer”, – Lavrov jurnalistlərə bildirib və Serbiya və Kosovo ətrafındakı vəziyyəti narahatedici adlandırıb.

Lavrovun sözlərinə görə, Qərb ölkələri “hamının tam tabe edilməsi” kursunu müəyyənləşdirib. Lakin Kosovo probleminin həlli xüsusilə Avropada “bütün dövlətlər üçün bərabər və bölünməz təhlükəsizliyi” təmin edəcək geosiyasi həll yolu tələb edir. Rusiya XİN rəhbərinin fikrincə, bu qərar o demək olmalıdır ki, heç bir hərbi blok, o cümlədən Şimali Atlantika Alyansı Avropa regionunda hegemonluq iddiası etmək hüququna malik deyil.

Qeyd edək ki, mayın 26-da səhər saatlarında Kosovo təhlükəsizlik qüvvələri 4 bələdiyyənin şəhər administrasiyalarının binalarına gələrək onları ələ keçirməyə cəhd ediblər. Onlara yerli sakinlər etiraz ediblər. Kosovoda vəziyyətin gərginləşməsi ilə əlaqədar Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya ordusunu maksimum hazırlıq vəziyyətinə gətirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki