image-12backend

“Legiya”nın idman direktoru: “Emrelinin transferində Mixneviçin rolu olub”

image-reklam_sirab_01

“Mahir Emrelinin keçidində sabiq baş məşqçi Çeslav Mixneviçin rolu olub. O, Çexiyanın “Sparta” (Praqa) və Norveçin “Budyo Qlimt” komandalarına qarşı matçlarda vacib qollar vurub və hücumda komandaya çox xeyir verir”.

Veteninfo.az-ın məlumatına görə, bu fikirləri Polşanın “Legiya” klubunun idman direktoru Radoslav Kuxarski yeni baş məşqçi Marek Qolebiyevskinin təqdimat mərasimində deyib.

Funksionerin Mixneviçin Emrelinin transferinin reallaşmasında önəmli xidməti olduğunu vurğulayıb. “Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulanlar futbolçulardır. Bu gün məni narahat edən məsələ odur ki, ötən mövsüm Polşa çempionluğu uğrunda mübarizədə həlledici rol oynamış futbolçuların formadan xeyli düşmələri narahat edir. Söhbət Pexart, Mladenoviç və Lukinyasdan gedir. Bu oyunçular həmin qarşılaşmalarda hücum xəttində vacib rol oynayıblar. Bu gün biz elə bir vəziyyətdəyik ki, qollarımızı daha çox komandamızın ən gənc oyunçularından olan Emreli və Muçi vurur. Bu da mənim üçün sualdır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki