Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.
Vətəninfo.az “Marca”ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu 2023-cü ildə “İnter Mayami” ilə müqavilə imzalayacaq.
Daha əvvəl argentinalı forvardın Mayamidə daşınmaz əmlak aldığı bəlli olub. “İnter Mayami” İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya “Barselona”sından PSJ-yə keçib. Paris təmsilçisi ötən gün hücumçunun koronavirusa yoluxduğunu açıqlayıb.