Argentina millisinin ulduz futbolçusu Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib.
Veteninfo.az-ın məlumatına görə, 34 yaşlı hücumçu 2022-ci il dünya çempionatının Venesuelaya qarşı seçmə oyununda ayağından zərbə alıb.
Rəqib oyunçu Luis Martines Messiyə qarşı kobudluq edib və 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, Fransa PSJ-sində çıxış edən forvardın ayağının sınması ilə nəticələnə bilərdi.
Qeyd edək ki, qarşılaşma Argentina millisinin 3:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Lionel Messi sonadək meydanda olub.