Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli İngiltərədə “Lester”ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl paylaşım edib.
Veteninfo.az-ın məlumatına görə, 24 yaşlı hücumçu görüşün oynanılacağı “Kinq Pauer” stadionundan məşq fotolarını yayıb.
Son oyunlarda tənqid hədəfinə çevrilən oyunçu “If you plan to build walls around me, know this: I will walk through them” (“Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm” yazıb.
Qeyd edək ki, bu gün keçiriləcək “Lester” – “Legiya” matçı saat 00:00-da start götürəcək.