image-19backend

Mahir Emrelinin komandasına hücum edilib, iki legioner xəsarət alıb

image-reklam_sirab_01

Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları Ekstralasanın XVIII tur oyunundan sonra futbolçulara hücum edib.

Vətəninfo.az  “Interia” nəşrinə istinadən xəbər verir ki, fanatlar qarşılaşmanın final fitindən sonra bazaya yollanıblar.

Onlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adı açıqlanmayıb.

Polis dərhal hadisə yerinə gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.

Qeyd edək ki, “Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. O, “Visla” ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki