image-img-20240815-wa0077backend

Mahir Süleymanlı seçicilərlə görüşdü – FOTOLAR

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Pirəmsən və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov giriş sözü ilə açaraq bildirib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə – “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Mehdi Balabəyov Yeni Azərbaycan Partiyasının bundan əvvəl keçirilən bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur: “Sirr deyil ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub”.
Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. O, deputat seçiləcəyi təqdirdə göstərilən etimadı layiqincə doğruldacağına söz verib.
Tədbirdə Təvəkgül Əliyev və təşviqat qrupunun digər üzvləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası fəaliyyəti dövrü ərzində böyük inkişaf yolu keçib.
Çıxış edənlər uğurlarımızın və ölkəmizin inkişafının davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.
Qeyd edək ki, Mahir Süleymanlı rayonun Pirəmsən kəndində Vətən müharibəsi şəhidi Aqil Nofəl oğlu Həsənovun, Zeyvə kəndində isə Aprel döyüşləri şəhidi Babək Vəfadar oğlu Abidovun ailələrini ziyarət edib.

image-img-20240815-wa0080 image-img-20240815-wa0068 image-img-20240815-wa0074 image-img-20240815-wa0075 image-img-20240815-wa0076 image-img-20240815-wa0077 image-img-20240815-wa0078 image-img-20240815-wa0079 image-img-20240815-wa0067 image-img-20240815-wa0079 image-img-20240815-wa0078 image-img-20240815-wa0077 image-img-20240815-wa0076 image-img-20240815-wa0075


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image