Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib.
Vətəninfo.az xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: “Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun. Və mənim üçün bu, ən yaxşı seçim deyil, çünki işə yaramır. Və biz son bir neçə onillikdə bu səhvi bir neçə dəfə etmişik”.
Eyni zamanda, o, İranın nüvə silahı əldə etməməsini təmin etməyi “hər kəs üçün çox vacib” adlandırıb.


























