Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.
Veteninfo.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində keçirəcəyi ilk matçın da favoritini müəyyənləşdirib.
“Qarabağ”ın “Marsel”lə Fransadakı qarşılaşmasında meydan sahibləri cütün aşkar favoritidir. Marseldəki “Velodrom” stadionunda baş tutacaq matçda Ağdam təmsilçisinin ümid etməyən bukmekerlər onların qələbəsini 11,00, rəqibin uğurunu 1,33 əmsalla qiymətləndirib. Qarşılaşmada heç-heçəyə 5,65 əmsal verilib.
Qeyd edək ki, “Qarabağ”ın oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.