image-6b992e1f-ecf1-3d6a-b4d0-e5ca87b931ec_850backend

MDB Oyunları: Azərbaycan samboçuları 3-cü qızıl medalı qazanıb – FOTO

image-reklam_sirab_01

Azərbaycan samboçusu Toğrul Salmanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 98 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı özbəkistanlı Ruslan Rüstəmovla qüvvəsini sınayıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn Salmanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan samboçusu Rəsul Aydəmirov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

Yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 98 kq-da çıxış edən idmançı finalda rusiyalı İosif Siminə uduzaraq ikinci olub.

Azərbaycan samboçusu Elvin Bağırov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 64 kq-da mübarizə aparan idmançı özbəkistanlı Şahriyorbek Mamatkulovla qarşılaşıb.

Rəqibini 8:7 hesabı ilə məğlub edən Bağırov qızıl medal qazanıb.

Azərbaycan samboçusu Nicat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Nikolay Lukyançukla üz-üzə gəlib.

Rəqibi üzərində təmiz qələbə qazanan Məmmədli qızıl medal əldə edib.

Azərbaycan samboçusu Adil Adilzadə Rusiyanın kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 88 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə qırğızıstanlı Timurlan Toktobolotova qalib gəlib.

71 kq-da Kamran Qasımov, 79 kq-da isə Ağani Məmmədov “bürünc” qarşılaşmasında uduzaraq medalsız qalıb.image-2cf60bec-1628-38b3-884e-d5f606020ee4 image-2d4c3baf-455d-3992-855e-1400a3cec282 image-3c887250-d2f9-3837-a441-84d8ff96194e image-9cf796b8-3500-38a7-bf21-7b7b07075b7a image-9e6338a8-55be-377f-b672-38fd8bb98d69 image-25bd445d-1772-3315-904f-f80ba4d36d20 image-73a0623b-355d-3caf-91e0-e3e66e157de5_290 image-77d01bda-b18c-390f-9f57-584e73c96093 image-98e465bb-f9a7-3fa6-8b7a-633f85bb9293 image-938f2b51-0ea7-3daa-95c3-c39664850a2f image-4953ea4f-4550-3536-9329-2238328faec0 image-6801bba4-4737-3732-af1c-ac750e1cc630 image-b28bb101-834f-3478-bc12-afa45987dcc3 image-b682c4ea-96bd-313d-907d-00ac05ec672b image-ba325382-550a-3b5a-8e4f-53dd724193ec

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki