ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olması məsələsini müzakirə etdiyini, liderlərin bu məsələ ilə bağlı məsləhətləşmələri gələn həftə davam etdirəcəyini açıqlayıb.Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Mən Ərdoğanla danışdım, Ərdoğanı [yeni müddətə yenidən prezident seçilməsi münasibətilə] təbrik etdim. Və o, hələ də F-16-larla bağlı nəsə razılaşmaq istəyir”, – deyə Bayden jurnalistlərə bildirib.
“Mən ona dedim ki, İsveçlə müqavilə bağlamaq istəyirik, gəlin bunu edək. Ona görə də biz yenidən əlaqə saxlayacağıq”, – Amerika lideri əlavə edib.
Ərdoğanla məsləhətləşmələr kontekstində İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün irəliləyişindən danışan Bayden deyib.
Onunla söhbətdə bu məsələni qaldırmışam, gələn həftə danışarıq”.


























