image-1111backend

Məşhur aktirisadan möhtəşəm layihə: Pullar qaçqınlara xərclənəcək

image-reklam_sirab_01

Amerikalı aktrisa Ancelina Coli (Angelina Jolie) qaçqınlara və imkansız adamlara dəstəyi daha davamlı etmək üçün yeni moda təşəbbüsü başladığını elan edib.

Vətəninfo.az xəbər verir ki, sosial media hesabından paylaşım edən A.Coli “Atelier Jolie” adını verdiyi marka ilə usta, modelyer və sahibkarlar üçün məhsul istehsal edəcəklərini söyləyib.

Sözügedən mövzu ilə bağlı Ancelina Coli deyib: “Layihə çərçivəsində istifadə olunmayan materiallardan istifadə ediləcək. Qabiliyyətlərinə uyğun şəkildə qaçqın və imkansız adamlardan ibarət böyük bir komanda yaradacağıq. Bu qruplara dəstəyi davamlı hala gətirmək istəyirik. Məqsədimiz mədəni irsin zənginliklərini paylaşmağa kömək etmək və moda təşəbbüslərinin inkişafına dəstək olmaqdır. Müştərilərin köhnə paltarlarını düzəltmək və ya dəyişdirmək imkanına sahib olacağıq”.

Qeyd edək ki, A.Coli 2022-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsindən istefa verəcəyini, qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqələr quraraq fərqli işləyəcəyini bəyan edib.

2001-ci ildə BMT çərçivəsində humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT-nin xoşməramlı səfiri vəzifəsinə təyin edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image