image-46backend

Messi və Mbappe Çempionlar Liqası oyunlarını da buraxa bilər

image-reklam_sirab_01

Fransanın PSJ klubunun futbolçuları Lionel Messi və Kilian Mbappe Almaniyada “Leyptsiq”ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Veteninfo.az məlumatına görə, hər iki hücumçu Fransa Liqa 1-də “Lill” komandası ilə qarşılaşmadan əvvəl kollektiv ilə məşqdə iştirak etməyib.

Mbappe qulaq, burun və boğaz infeksiyası səbəbindən hazırlıqlara qatılmayıb. Messi isə əzələsindəki problem ucbatından fərdi məşq edir.

Qeyd edək ki, bu gün XII turda keçiriləcək PSJ – “Lill” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Parislilərin “Leyptsiq”lə qarşılaşması noyabrın 3-də olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki