image-83backend

Meydandan qovulan tanınmış futbolçu üzr istəyib

image-reklam_sirab_01

Çili millisinin futbolçusu Arturo Vidal Ekvador yığmasına 0:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda qırmızı vərəqə aldığı üçün peşman olub.

Veteninfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi etdiyi hərəkətə hələ də inana bilmədiyini söyləyib.

Təcrübəli oyunçu komanda yoldaşlarından, məşqçilər heyətindən, ailəsindən və bütün ölkədən üzr istəyib.

Qeyd edək ki, İtaliya “İnter”ində çıxış Arturo Vidal Ekvadorla matçın 13-cü dəqiqəsində rəqib futbolçu Feliks Torresə karate fəndi ilə zərbə endirdiyi üçün meydandan qovulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki