Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili ölkə daxilindən və regiondakı son geosiyasi proseslərdən, xüsusilə də radikal dini cərəyanların təsirlərindən bəhs edən diqqətçəkən bəyanatla çıxış edib.
Vətəninfo.az xəbır verir ki,sabiq prezident Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətli siyasəti və təhsil müəssisələrində tətbiq olunan qaydaları yüksək qiymətləndirib.
Saakaşvilinin bəyanatında qeyd edir ki, Azərbaycan məktəblərdə şagirdlərin hicabla bağlı qəbul etdiyi tənzimləmələr və qadağalar ölkənin gələcəyi üçün çox mühüm və cəsur bir addımdır. Prezident İlham Əliyevin bu siyasəti Azərbaycanın dünyəvi dəyərlər üzərində inkişaf etməsini qoruyur və radikal islamçı qrupların ölkə daxilində təsir imkanlarını qətiyyətlə dayandırır. Bu, güclü və müstəqil dövlətçiliyin əsas göstəricisidir.
Eyni zamanda, sabiq prezident İranın regional siyasətinə və Gürcüstandakı azərbaycanlıların sıx yaşadığı bölgələrdəki təhlükələrə diqqət çəkib: “Artıq İranın Azərbaycana birbaşa müdaxilə imkanları məhdudlaşdırılıb. Lakin təəssüf ki, bəzi dairələr Gürcüstandakı azərbaycanlılar arasında radikal islam meyillərini yaymağa çalışırlar. Bu tendensiya Gürcüstan dövlətinin suverenliyinə və ölkəmizin ərazi bütövlüyünə ölümcül bir təhlükə yaradır. Radikal islamçılar təkcə Azərbaycan və ya Gürcüstan üçün deyil, bütün Cənubi Qafqazın təhlükəsizliyi üçün ortaq bir bəladır. Buna qarşı hər iki ölkə birgə mübarizə aparmalıdır.”


























